Kuman “Barselona” rəhbərliyi haqda: “Onlar mənə dedilər ki…”
“Barselona”nın keçmiş baş məşqçisi Ronald Kuman Lionel Messinin Kataloniya klubundan ayrılmasından danışıb.
Komanda.az “Algemeen Dagblad”a istinadən xəbər verir ki, niderlandlı məşqçi, klub rəhbərliyinin bəzi futbolçuların komandadan getməsi üçün ona təzyiq göstərdiklərini deyib:
“Rəhbərlik təkid etdi ki, bəzi futbolçuların komandadan gedişinə razı olum. Onlar mənə dedilər ki, maliyyə məsələlərini qaydasına salmaq lazımdır.
Amma Lionel Messi gedəndən az sonra 55 milyon avroya kimisə aldıqlarını gördüm. Düşündüm ki, görəsən, orda başqa bir şey olubmu? Messi “Barselona”dan niyə getməli oldu?”
“Barselona” bu ilin qışında “Mançester Siti”dən Ferran Torresi 55 milyon avroya alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin