“Qırmızı vərəqə epizoduna yenidən baxmaq lazımdı” – Elşad Əhmədov

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Oyun haqda çox danışmaq olar. İlk hissə yaxşı oynadıq. Bu mövsüm “Neftçi”dən xal ala bilməmişik. Qırmızı vərəqə epizoduna yenidən baxmaq lazımdı.
  • Təmkin Xəlilzadənın qovulmasına səbəb nədi?
  • Daxili intizamı pozub. Klubdaxili məsələ olduğuna görə açıqlamaq düz olmaz. Səhvi varsa, cəzalandırılmalıdı. Bu yaxınlarda daha dolğun açıqlama veriləcək.
  • İlk qolda Saşa Stamenkoviçin səhvi var idimi?
  • Qol epizodunda səhvi var idi, ancaq çıxara bilərdi. Saşa bizim üçün lazımlı futbolçudu. Biz 3-cü yerə qalxanda bu futbolçuların rolu yüksək idi.
  • İki hissə arasındakı bu qədər fərqin olması qırmızı vərəqəylə bağlıydımı?
  • Bəli. “Neftçi” kimi komandaya qarşı azlıqda oynamaq çətindi.
  • Mövsümü belə bitirsəz, rəhbərlik razı qalacaqmı?
  • Çempionata başlayanda əsas məqsədimiz liqada qalmaq idi. Yuxarı yerlərdə olmaq istəyirik. Bacardığımız qədər irəliləmək istəyirik. Çempionat qutaranda rəhbərlik son fikrini deyəcək.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button