“Dembelenin oynayıb-oynamamasına Xavi qərar verəcək”
“Barselona”nın prezidenti Xuan Laporta klubla yeni müqavilə şərtlərində razılaşmayan Osman Dembele haqda danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Laporta, fransalı futbolçunun mövsümün qalan hissəsində oynamasının çətin olduğunu deyib:
“Oynayıb-oynamamasına baş məşqçi Xavi qərar verəcək. Baş məşqçi indini və gələcəyi düşünür. Gələcəkdə bizimlə olmayacaq birinin oynaması çətindir. Dembele və klub üçün yaxşı olan nədirsə, onu istəyirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin