Ukrayna millisinin hücumçusu İtaliya klubunda

İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Ukraynanın “Dinamo” (Kiyev) klubundan Vladislav Supryaqanı heyətinə qatıb. Bu barədə “Sampdoriya”nın mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu mövsümün sonuna qədər İtaliya komandasında çıxış edəcək.

Ukrayna yığmasının da üzvü olan Supryaqa bu mövsüm “Dinamo” ilə 6 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button