“Marsel”in təxirə salınmış oyununun vaxtı müəyyənləşdi
Fransa Liqa 1-in 14-cü turunda azarkeşlərin meydana daxil olması səbəbindən təxirə salınan “Lion” – “Marsel” matçının keçirilmə vaxtı məlum olub.
Komanda.az xəbər verir ki, qarşılaşma fevralın 1-də oynanılacaq. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.
Ötən il, noyabrın 25-də keçirilən “Lion” – “Marsel” matçında yerli azarkeşlər “Marsel”in futbolçusu Dimitri Payetin başına su butulkası atıb. Bundan sonra fanatlar meydana daxil olub və matç yarımçıq dayandırılıb.
“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyununu fevralın 17-də Fransada keçirəcək. Cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin