FİFA ilin ən yaxşı futbolçusu adına 3 namizədi açıqladı

FİFA 2021-ci ilin ən yaxşı kişi və qadın futbolçuları adına namizədlərin sayını azaldıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Kişilər arasında bu ada Lionel Messi (Argentina, “Barselona”/PSJ), Robert Levandovski (Polşa, “Bayern”) və Məhəmməd Salah (Misir, “Liverpul”) iddia edir. İngiltərənin “Mançester Yunayted” komandasının portuqaliyalı hücumçusu Kristiano Ronaldo bu dəfə yekun siyahıdan kənarda qalıb.

Ötən ilin ən yaxşısı olmağa namizəd qadın futbolçular isə bunlardır: Cennifer Ermoso (İspaniya, “Barselona”), Samanta Kerr (Avstraliya, ”Çelsi”), Aleksiya Putelyas (İspaniya, “Barselona”).

Xatırladaq ki, “The Best” mükafatı yanvarın 17-də təqdim ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button