“Halandın maaşı “Barselona”ya uyğun deyil” – Tebas
İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Halandın “Barselona”ya keçidi variantı haqda danışıb.
Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, Tebas, norveçli hücumçunun Kataloniya təmsilçisinə keçəcəyinə inanmadığını söyləyib:
“Halandın 2022-ci ildə İspaniyaya gələcəyini düşünmürəm. Adı “Barselona” ilə hallanır. Onun bu kluba keçidinin alınacağına inanmıram. Çünki “Barselona”nın maliyyə durumu yaxşı deyil.
Halandın hansı kluba keçəcəyi meneceri Mino Rayoladan asılıdır. O, müştəriləri və özü üçün yaxşı şərtlər irəli sürür. Halandın maaşı “Barselona”ya uyğun deyil. Bu səbəbdən transferin alınacağına inanmıram”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin