“Barselona”dan təklif gəlsə, rədd etmərəm”

Niderlandın “Ayaks” klubunun futbolçusu Andre Onana açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Onana, “Barselona” klubundna təklif gələcəyi halda, qəbul edəcəyini söyləyib:

“Bir neçə variantım var. Hələ qərar verməmişəm. Hansı layihənin daha yaxşı olacağını görməliyəm.

Haqqımda çox şeylər yazılır. “Barselona”, “Arsenal” kimi klubların adları hallanır, amma hələ bir qərar verməmişəm.

“Barselona”nın rəsmiləri ilə yaxşı əlaqələrim var. “Barselona” hələ də dünyanın ən yaxşı klublarından biridir. Onlardan təklif gəlsə, rədd etmərəm”.

Onananın “Ayaks”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button