“Barselona” hamını sata bilər – 3 futbolçudan başqa
Çempionlar Liqası ilə vidalaşan “Barselona”da ciddi maliyyə problemləri var.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi maliyyə durumunu düzəltmək üçün qışda bir neçə futbolçusunu satacaq. Bu barədə TV3 telekanalı məlumat yayıb.
“Barselona” yalnız Ansu Fati, Qavi və Niko Qonsalesi satmaq niyyətində deyil. Kataloniya klubu Frenki de Yonq, Mark-Andre ter Ştegen kimi oyunçular üçün gələcək təklifləri dəyərləndirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin