Mahirli “Legiya” Polşa kubokunun 1/4 finalında
Futbol üzrə Polşa kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə aşağı liqa təmsilçisi “Motor Lublin” ilə qarşılaşıb. İlk hissəni 0:1 hesablı məğlubiyyətlə başa vuran Varşava təmsilçisi fasilədən sonra vurduğu 2 qol sayəsində əzmkar qələbə qazanıb və 1/4 finala vəsiqəni təmin edib.
Mahir də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb və əzmkar qələbədə pay sahiblərindən birinə çevrilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin