AMADA-dan hesabat – Antidopinq qayda pozuntularının sayı açıqlandı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2017-2021-ci illər üzrə aşkarlanmış antidopinq qayda pozuntularının statistikasını açıqlayıb.

Komanda.az-a bu barədə AMADA-dan məlumat verilib.Qurumun 5 illik fəaliyyəti dövründə bu cür halların sayı kəskin azalıb.

2013-2016-cı illərdə beynəlxalq səviyyədə Azərbaycan idmançılarında 40 antidopinq qayda pozuntusu aşkarlanıbsa, AMADA-nın fəaliyyətə başlamasından sonra bu rəqəm iki dəfə azalaraq 20-yə bərabər olub.

Təkcə 2013-cü ildə beynəlxalq səviyyəli antidopinq qayda pozuntularının sayı (24 ədəd) son 5 ildəkindən (21 ədəd) çoxdur.

AMADA-nın test proqramı icra etməyə başladığı 2017-ci ildə 487 test götürülüb və 21 idmançı barədə antidopinq qayda pozuntusuna görə idmandan uzaqlaşdırma qərarı verilib. Bu isə götürülən testlərin 4.5 faizini təşkil edir. 2018-ci ildə bu nisbət 2,5 faiz, 2019 cu ildə 1,3 faiz, 2020-ci ildə 0,5 faiz, 2021-ci ilin indiyədək olan dövründə isə 0,2 faiz təşkil edib.

Son illər qlobal səviyyədə antidopinq tədbirləri daha da gücləndirilib və bu sahədə qayda pozuntularının aşkarlanmasında ən müasir laborator üsullardan istifadə olunur. Dünya üzrə 2017-ci ildə aşkarlanan beynəlxalq antidopinq qayda pozuntularının sayı 2016-cı illə müqayisədə 13 faiz artıb. 2018-ci ildə isə əvvəlki ildən daha 6.5 faiz çox qayda pozuntusu qeydə alınıb. Bununla belə, həmin illərdə də Azərbaycan idmançılarında antidopinq qayda pozuntusu aşkarlanması hallarında azalma müşahidə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button