“Bu, son illərin ən güclü “Real”ıdır”
“Sevilya”nın futbolçusu İvan Rakitiç İspaniya La Liqasının 15-ci turu çərçivəsində “Real”a qarşı keçirəcəkləri oyunla bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi bunları deyib:
“Bu, son illərin ən güclü “Real”ıdır. Onların heyətində həm təcrübəli, həm də, güclü gənc futbolçular var. Həmin futbolçular səhv etmirlər. “Real”a qalib gəlmək üçün ideal oynamaq lazımdır”.
Bu gün keçiriləcək “Real” – “Sevilya” matçı saat 00.00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin