“Böyük dəbilqə”: Azərbaycanın 2 cüdoçusu finalda

Azərbaycanın 13 cüdoçusu Bakıda keçirilən “Böyük dəbilqə” turnirində mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, kişilərin yarışında Balabəy Ağayev (60 kq) startda rusiyalı Damir Meremova qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Jaba Papinaşviliyə uduzub. Ağayev təsəlliverici görüşdə Azərbaycanın digər təmsilçisi Əhməd Yusifovla qarşılaşıb. Görüşdən qalib ayrılan Yusifov bürünc medal uğrunda yaponiyalı Hayato Kondo ilə güləşəcək. Bu çəkidəki digər cüdoçu Turan Bayramov isə startda məhz Kondoya uduzaraq, mübarizəni dayandırıb.

Orxan Səfərov (66 kq) isə qazaxıstanlı Baybol Uulu Salamata və Erik Takabatakeyə qalib gələrək, yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı Yevgeni Qonçarkonu məğlub edən Səfərov finala vəsiqə qazanıb. Onun qızıl medal uğrunda rəqibi moldovalı Denis Vieru olacaq.

Qadınların mübarizəsində isə İçinxorlu Muntsxedev (57 kq) finala çıxıb. O, həlledici qarşılaşmada yaponiyalı Momo Tamaoka ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button