Azərbaycanın üç güləşçisi üçün bürünc medal şansı

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışın 3-cü günündə qadın güləşçilər mübarizəyə başlayıb.

Türkan Nəsirova və Elmira Qəmbərova gərgin keçən görüşlərdə müvafiq olaraq Ukrayna və Rusiya təmsilçilərinə məğlub olub. Ancaq rəqibləri finala yüksəldiyi üçün həmyerlilərimiz aprelin 11-də bürünc medal uğrunda güləşəcək.

Dünya 3-cüsü İrina Netreba bu dəfə gücünü 68 kq-da sınayıb. Debütdə sonuncu xal prinsipinə əsasən belaruslu rəqibinə qalib gələn yığmamızın üzvü 1/4 finalda Bolqarıstan güləşçisini minimal fərqlə üstələyərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında son dünya çempionuna müqavimət göstərə bilməyib. Netreba da bürünc medal üçün mübarizə aparacaq.

Ötən il Avropa çempionatında bürünc medal qazanan Səbirə Əliyeva startda Belarus idmançısı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra macar həmkarıyla bacarmayıb.

50 kq
1/4 final – Türkan Nəsirova – Oksana Livaç (UKR) 8:10
Bürünc medal görüşü – Türkan Nəsirova – Evin Demirhan (TUR)

59 kq
1/4 final – Elmira Qəmbərova – Svetlana Lipatova (RUS) 2:4
Bürünc medal görüşü – Elmira Qəmbərova – Angelina Lisak (UKR)

68 kq
Təsnifat – İrina Netreba – Yevgeniya Andreyçikava (BLR) *1:1
1/4 final – İrina Netreba – Sofiya Xristova Georgieva (BUL) 3:2
1/2 final – İrina Netreba – Alla Çerkasova (UKR) 0:10
Bürünc medal görüşü – İrina Netreba – Aqnieşka Kordus (POL) / Anna Fransson (SWE)

76 kq
1/8 final – Səbirə Əliyeva – Natalya Lanko (BLR) 5:0
1/4 final – Səbirə Əliyeva – Şanet Nemet (HUN) 1:7

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button