Millimizin hücumçusu “Portu”ya qarşı 90 dəqiqə oynadı
Futbol üzrə Portuqaliya çempionatında 9-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Portu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
“Tondela” 9 turdan sonra 9 xalla 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin