“Qəbələ” böyük hesabla uduzdu, mübarizəni dayandırdı

“Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası bu gün Gənclər Liqasında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv Niderlandın “Alkmaar” komandasının qonağı olub. Klubun məşq mərkəzində keçirilən oyun Azərbaycan təmsilçisinin ağır məğlubiyyəti ilə başa çatıb.

“Qəbələ” U-19 Azərbaycanda keçirilən ilk matçda “Alkmaar”a 0:4 hesabıyla uduzub.

Gənclər Liqası, 1-ci tur, cavab oyunu

19 oktyabr

Alkmaar U-19 (Niderland) – Qəbələ U-19 7:0
Qol
: Nik Koster, 4; 36. F.D.Yonq, 17. M.V.Brederode, 43. V.Aken, 60. T.Kerssens, 63. M.Meerdink, 72.
Baş hakim: Dario Bel (Xorvatiya)
İlk oyun – 4:0.

Alkmaar: 1. Sem Vesterveld, 3. Vouter Qus, 5. Maksim Dekker, 8. Nik Tvisk, 10. Fedde de Yonq (k), 11. Miron van Brederode, 12. Yurre van Aken, 17. Nik Koster, 18. Ro-Zanqelo Daal, 25. Levis Şuten, 32. Mişa Engel.
Ehtiyat oyunçular: 16. Daniel Deen, 2. Sem Dekkers, 14. Dave Kvakman, 19. Tom Kerssens, 20. Enox Mastoras, 23. Luk Postma, 37. Mexx Meerdink.
Baş məşqçi: Yan Sierksma.

Qəbələ: 1. Həsən Həsənli, 2. Süleyman Damadayev 3. İbrahim Ramazanov, 5. Xəyal Səmədov, 6. Ülvü Mədətov, 7. Gülağa Əsədov, 8. Rauf Rüstəmli, 9. Aqil Nəsibov, 10. Rauf Məhərrəmov, 15. Hüseyn Mürsəlov (k), 18. Mehrac Baxşalı.
Ehtiyat oyunçular: 12. Kamil Nəzərli, 4. Nuqay Rəşidov, 11. Taleh Qarayev, 13. Fərid Kələntərov, 14. Fuad Əhmədov, 16. Sənan Ağalarov, 17. İxtiyar Məmiyev.
Baş məşqçi: Famil Xəlilov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button