“Neftçi”nin legioneri Mərakeş yığmasına qol vurdu
“Neftçi”nin futbolçusu Mamadu Kane Qvineya millisinin heyətində qol vurub.
Komanda.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Mərakeşə qarşı keçirdikləri oyunda fərqlənib.
Start heyətdə meydana çıxan Kane, 31-ci dəqiqədə rəqib qapısına yol tapıb. Amma onun bu qolu komandasını məğlubiyyətdən xilas etməyib. Qvineya yığması doğma meydanda 1:4 hesabıyla uduzub.
Keçirdiyi 4 oyunda cəmi 3 xal toplamış Qvineya yığması yer aldığı İ qrupunda üçüncü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin