“Deyəsən, gedirəm” – Ronald Kuman
“Barselona”nın baş məşqçisi Ronald Kuman maraqlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, Kataloniya təmsilçisindəki ən yaxşı və ən pis gününü yada salıb:
“Deyəsən, gedirəm. Burdakı ən xoş anım klubla müqavilə imzaladığım an idi. Ən pisi isə Lionel Messinin ayrılığı. Pulla dolu çantam olsaydı, Messi hələ burda olardı. Bununla yanaşı, oyunu nəzarətində saxlaya biləcək futbolçular gətirmək istərdim”.
“Barselona” bu mövsüm 8 rəsmi oyunda 3 dəfə qələbə qazanıb, 2 dəfə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin