Azərbaycan idmançısına 8 illik cəza
Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostova diskvalifikasiya olunub.
Komanda.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) mətbuat xidməti məlumat yayıb.
Boyanka 8 il müddətinə yarışlardan kənarlaşdırılıb. Buna səbəb milliləşən legionerin antidopinq qaydalarını açıq şəkildə pozmasıdır.
2021-ci il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında Boyankadan götürülən test müsbət nəticə verib. Yarışda 59 kq çəki dərəcəsində qızıl medal qazanan idmançının testi qeyri-qənaətbəxş sayılıb. Onun orqanizmində qadağan olunmuş maddə aşkarlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin