“Omoniya”nın daha bir futbolçusu “Qarabağ”la oyunu buraxacaq

Kiprin “Omoniya” komandasının daha bir futbolçusu “Qarabağ”a qarşı UEFA Konfrans Liqasının qrup matçını buraxacaq.

Komanda.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. Xəbərdə, uzun müddətdir zədədən əziyyət çəkən Yannis Kusulosun Ağdam təmsilçisi ilə oyunu buraxacağı dəqiqləşib.

25 yaşlı kiprli müdafiəçinin sıraya nə vaxt dönəcəyi bəlli deyil.

Daha əvvəl Nikosiya təmsilçisində ABŞ-dan olan yarımmüdafiəçi Miks Diskerudun “Qarabağ”la görüşdə iştirak etməyəcəyi açıqlanıb.

Sentyabrın 30-da keçiriləcək “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button