Berbatov prezidentliyə namizəd oldu

“Mançester Yunayted”in sabiq hücumçusu Dimitar Berbatov Bolqarıstan Futbol Federasiyasının prezidenti olmaq üçün namizədliyini irəli sürüb.

Komanda.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Xəbərdə, keçmiş futbolçunun federasiya prezidenti olmağa qərar verdiyi bildirilib. Berbatovun namizədliyi bir neçə klub tərəfindən dəstəklənib.

Federasiyanın hazırkı rəhbəri Borislav Mixaylov da bu vəzifəyə yenidən namizəd olacaq. Seçkilər oktyabrın 12-də keçiriləcək.

2008-2012-ci illər aralığında “Mançester Yunayted”də çıxış edən Berbatov, Bolqarıstan yığmasında 79 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button