Azərbaycan millisinin sabiq üzvü 1-ci liqa klubunda

Azərbaycan millisinin sabiq üzvü Pavel Paşayevin yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, 33 yaşlı müdafiəçi Ukrayna 1-ci liqa təmsilçisi “VPK-Arqo”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paşayevlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Pavel Paşayev son olaraq Ukraynada Premyer Liqa təmsilçisi “Aleksandriya”da çıxış edib.

Müdafiəçi Azərbaycan millisində 21 oyuna çıxıb.

“VPK-Arqo” 1-ci liqada 6 oyundan sonra 6 xalla 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button