Tokio-2020: Azərbaycan təmsilçisi “bürünc” qazandı
Azərbaycan paracüdoçusu Namiq Abaslı Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
Komanda.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda qarşılaşmada ukraynalı David Xoravaya qalib gəlib və bürünc medal qazanıb.
Bu gün digər paracüdoçular Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh paralimpiya çempionu olub. Dünən isə Azərbaycan komandasında pauerliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin