Tokio-2020: Azərbaycanın paracüdoçuları finala yüksəldi

Azərbaycan paracüdoçusu Vüqar Şirinli Tokio-2020 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

Komanda.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Rumıniya təmsilçisi Boloqonu məğlub edib. Finala vəsiqə qazanan Şirinli Tokio-2020-də ən azı gümüş medalı təmin edib.

Azərbaycanın daha bir paracüdoçusu Tokio-2020 Yay Paralimpiya Oyunlarında finala yüksəlib. Qadınlar arasında -48 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçu Şəhanə Hacıyeva yarımfinalda rusyalı rəqibi Viktoriya Potapovaya qalib gələrək finala vəsiqə qazanıb.

Daha əvvəl Azərbaycan təmsilçisi Pərvin Məmmədov paurliftinqdə (49 kq) bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button