“UEFA prezidenti” mükafatı onlara verildi
“UEFA prezidenti” mükafatının sahibi bəlli olub.
Komanda.az xəbər verir ki, bu ada Danimarka milli komandasının kapitanı Simon Kyaer və yığmanın həkimləri layiq görülüb.
Qurumun prezidenti Aleksander Çeferin bu mükafatın Kyaerə və Danimarka yığmasının həkimlərinə veriləcəyini bildirib:
“Onlara “UEFA prezidenti” mükafatını təqdim etməkdən qürur duyuram. Builki mükafat futboldan kənara çıxdı. Bu, həyatın nə qədər qiymətli olduğunu göstərməyə xidmət edir. Sağalmaqda olan Kristian Eriksenə və ailəsinə ən xoş arzularımı çatdırmaq istərdim”.
Danimarka millisinin futbolçusu Eriksen iyunun 12-də, Finlandiya ilə AÇ-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. Futbolçuya ilkin müdaxiləni komanda yoldaşı Simon Kyaer və millinin həkimləri edib. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər.
“UEFA prezidenti” mükafatının əvvəlki sahibləri arasında Bobbi Çarlton, Eysebio, Raymon Kupa, Yohan Kroyff, Françesko Totti, Devid Bekhem, Didye Droqba və Erik Kantona kimi məşhurlar da olub.
Bizi Facebook-da izləyin