“İnter”dən ayrılan futbolçu Belçika klubunda

“İnter”dən ayrılan Raca Nainqqolan karyerasını Belçikada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Antverpen”lə razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Nainqqolanla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Nainqqolan 2018-ci ilin yayından “İnter”də idi. O, ötən mövsümü icarə əsasında “Kalyari”də keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button