Konfrans Liqası: “Qarabağ” və “Neftçi”nin oyunlarının başlama saatı bilindi

“Qarabağ” və “Neftçi”nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki hər iki oyununun başlama saatı açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ”ın Şotlandiyanın “Aberdin” klubuna qarşı Bakıda keçirəcəyi ilk oyun saat 20:00-da başlayacaq. Komandalar arasında Şotlandiyada keçiriləcək cavab matçı isə saat 22:45-də start götürəcək.

“Neftçi”nin İsrailin “Makkabi” (Hayfa) klubuna qarşı keçirəcəyi hər iki matç saat 21:00-da başlayacaq. “Neftçi” ilk oyunu Bakıda keçirəcək.

Pley-off mərhələsinin oyunları avqustun 19 və 26-da olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button