“Səbail”dən ayrılan futbolçu Şimali Makedoniya klubunda
“Səbail”lə yollarını ayıran Florian Kadriu karyerasını Şimali Makedoniyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Struqa” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kadriu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Kadriu 2020-ci ilin avqustunda Şimali Makedoniyanın “Renova” klubundan “Səbail”ə keçmişdi. O, “dənizçilər”in heyətində 20 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin