Dani Alveş tarixə düşdü

Braziliya milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.

Komanda.az xəbər verir ki, yığmanın kapitanı Dani Alveş turnirin tarixinə düşüb. Belə ki, braziliyalı müdafiəçi Yay Olimpiya Oyunlarında kişilərin futbol yarışının qalibi olan ən yaşlı futbolçu olub. O, buna 38 yaş 93 günlüyündə nail olub.

Braziliya yığması finalda İspaniyanı 2:1 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button