“Qurban Qurbanovun AEL-i ciddiyə almaması qeyri-peşəkarlıq olar”
Kiprin AEL komandasının sabiq futbolçusu Xristos Germanos açıqlama verib.
Komanda.az “24sports.com.cy” saytına istinadən xəbər verir ki, Germanos, Limassol təmsilçisinin Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyun haqda fikirlərini bildirib:
“AEL-in işi asan olmayacaq. Ancaq oyunçulara güvənirəm. Onlar bu gün yaxşı nəticə əldə edə biləcəklər. Ev sahibi olmaq üstünlük ola bilər və futbolçular yerli azarkeşlərdən dəstək gözləyirlər. Arena əsl futbol stadionudur və atmosfer daha da yaxşı olacaq.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun AEL-i ciddiyə almaması qeyri-peşəkarlıq olar. Bu gün AEL-dən qələbə gözləyirəm”.
Bu gün keçiriləcək AEL – “Qarabağ” matçı saat 21:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin