“Qalatasaray”ın sabiq futbolçusu Fransa klubunda – rəsmi
Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Sauthempton”dan Mario Leminanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Lemina ötən mövsümdə icarə əsasında “Fulhem”də çıxış edib. Qabonlu futbolçu 2019-cu ilin sentyabrından 2020-ci ilin avqustuna qədər Türkiyədə “Qalatasaray”ın uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin