“Cenoa”dan Ukrayna klubuna
İtaliyanın “Cenoa” klubunun hücumçusu Klaudio Spinelli karyerasını Ukraynada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 24 yaşlı argentinalı hücumçu “Aleksandriya” klubuna transfer olunub.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmır. Hücumçu yeni komandasında “9” nömrəli formanı geyinəcək.
Spinelli 2018-ci ildən “Cenoa”da idi. Lakin o, İtaliya klubunda forma şansı qazana bilmədiyi üçün “Krotone”, “Argentinos Xuniors”, “Ximnasiya Esqrima” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb. Ötən mövsümdə isə hücumçu Sloveniya “Koper”ində icarədə olub. O, bu komandanın heyətində meydana çıxdığı 27 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin