“Barselona” futbolçusunu satdı
İspaniyanın “Barselona” klubu müdafiəçisi Serxio Akieme ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin saytı məlumat yayıb.
Sözügedən klub 23 yaşlı müdafiəçini “Almeriya”ya satıb. Kataloniyalılar onun satışından 3.5 milyon avro qazanıb. Futbolçu ilə yeni klubu arasında 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Serxio Akieme ötən mövsümü də məhz “Almeriya”da icarədə keçirmişdi. O, 2019-cu ildən “Barselona”da idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin