AÇ-2020-də finalçılar bəlli oldu
Bu gün AÇ-2020-nin yarımfinal mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə İtaliya və İspaniya milli komandaları üz-üzə gəliblər. Londondakı “Uembli” stadionunda keçirilən qarşılaşmaya saat 23:00-da start verilib. İspaniya və İtaliya yığmaları buna qədər 36 dəfə üz-üzə gəlmişdilər. Bu oyunlarda ispanlar 12, italyanlar isə 11 dəfə qələbə qazanmışdı. 13 matç isə heç-heçə yekunlaşmışdı. Bu oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən italyanlar finala yüksəliblər.
Yarımfinalın digər görüşü bu gün, Londonda keçirilib. İngiltərə yığması turnirin sürpriz komandalarından Danimarka millisi ilə qarşılaşıb. Komandalar buna qədər 23 dəfə üz-üzə gəlmişdilər. İngilislər 13, danimarkalılar isə 5 oyunda qələbəyə sevinmişdi. Bu oyunda isə qələbəni ingilislər bayram ediblər və finalda İtaliya ilə qarşılaşmaq hüququ qazanbılar.
AÇ-2020, yarımfinal mərhələsi
6 iyul
İtaliya – İspaniya 1:1 (penaltilər 4:2)
Qol: F.Kyeza, 60 – A.Morata, 80.
Baş hakim: Feliks Brix (Almaniya)
İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 3. Corco Kyellini (k), 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 13. Emerson, 14. Federiko Kyeza, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi.
İspaniya: 23. Unai Simon, 2. Sesar Aspilikueta, 5. Serxio Buskets (k), 8. Koke, 11. Ferran Torres, 12. Erik Qarsiya, 18. Jordi Alba, 19. Dani Olmo, 21. Mikel Oyarsabal, 24. Emerik Laport, 26. Pedri.
7 iyul
İngiltərə – Danimarka 2:1
Qol: S.Kyaer, 39-öz qapısına. H.Keyn, 104 – M.Damsqaard, 30.
Baş hakim: Danni Makkeli (Niderland)
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 14. Kelvin Fillips, 19. Meyson Maunt, 25. Bukayo Saka.
Danimarka: 1. Kasper Şmeyxel, 3. Yannik Vesterqaard, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 12. Kasper Dolberq, 14. Mikkel Damsqaard, 17. Yens Larsen, 23. Pyer-Emil Heyberq.
Bizi Facebook-da izləyin