AFFA, Tanzaniya, torpaq sahəsi və 5 minlik mükafat

Afrika Millətlər Kubokunun final mərhələsinə vəsiqə qazanan Tanzaniya milli komandasının futbolçuları mükafatlandırılıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Tanzaniyanın prezidenti Con Maqufuli yığmanın hər bir üzvünə 5 min dollar və torpaq sahəsi verib. Maqufuli yığma üzvləriylə keçirdiyi görüşdə onlara mükafatlarını təqdim edib və buna layiq olduqlarını bildirib.

Futbol üzrə Tanzaniya millisi 39 ildən sonra ilk dəfə Afrika Millətlər Kubokunun final mərhələsində iştirak edəcək. Misirin ev sahibliyi edəcəyi turnir 21 iyun-19 iyulda keçiriləcək.

Komanda.az-ın qeydi: Bir neçə gün əvvəl AFFA tərəfindən Azərbaycan millisinin də futbolçuları mükafatlandırılmışdı. AFFA Bakıda Litva yığması ilə qolsuz heç-heçə edən milli üzvlərinin hər birinə 5 min manat mükafat verib. Yoxlama oyununa görə də 5 min manatlıq mükafat, böyük bir turnirin final mərhələsinə vəsiqə qazanmaq üçün də 5 min dollarlıq mükafat…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button