Avropa çempionatları tarixinin yeni rekordçusu
Polşa milli komandasının futbolçusu Katsper Kozlovski Avropa çempionatları tarixinə düşüb.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçi turnirdə meydana çıxan ən gənc futbolçu ünvanını qazanıb. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunun İspaniya – Polşa matçında meydana çıxan Kozlovski 17 yaş 246 günündə olub. Bununla da, o, İngiltərə yığmasının futbolçusu Cud Bellingemin rekordunu (17 yaş 349 gün) qırıb.
Bellingem AÇ-2020-nin qrup mərhələsinin ilk turunun Xorvatiya – İngiltərə matçında meydana daxil olaraq rekord qırmışdı.
İspaniya – Polşa matçı 1:1 hesabıyla bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin