Eriksen: “Narahatlığa səbəb yoxdur”

AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan danimarkalı futbolçu Kristian Eriksenin xəstəxanadan evə buraxıldığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi, səhhəti ilə bağlı Danimarka yığmasının mətbuat xidmətinə açıqlama verib:

“Çoxlu sayda dəstək mesajları alıram. Hər kəsə təşəkkür edirəm. Əməliyyat yaxşı keçdi. Narahatlığa səbəb yoxdur”.

Eriksenə kardioverter-defibrillyator (İCD) qoşulub. Eriksen ömrünün sonuna kimi bu cihazla yaşamalı olacaq.

Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button