İtaliya – İsveçrə matçının ən yaxşısı bəlli oldu
AÇ-2020-nin A qrupu çərçivəsində keçirilən İtaliya – İsveçrə matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, İtaliya yığmasının yarımmüdafiəçisi Manuel Lokatelli bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu bu görüşdə qazandıqları qələbədə əsas pay sahiblərindən biri olub. Belə ki, komandasının 3:0 hesabıyla qalib gəldiyi görüşdə Lokatelli dubl edib. O, 26 və 52-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, “Milan”ın yetirməsi olan Manuel Lokatelli hazırda İtaliyanın “Sassuolo” klubunun formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin