AÇ-2020: “Türkiyə millisindən çəkinmirik, sadəcə, hörmət edirik”
Futbol üzrə Uels millisinin baş məşqçisi Robert Peyc AÇ-2020-nin qrup mərhələsi çərçivəsində Türkiyə yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, Bakıda baş tutacaq matçdan öncə bunları söyləyib:
“Sabah ən yaxşı futbolçuları start heyətdə meydana buraxacağıq. Əvvəlki matçla müqayisədə böyük dəyişiklik olmayacaq.
Bakıda havanın isti olması oyuna təsir edir. Oyunun bəzi hissələrində daha yaxşı çxış etməyə çalışacağıq. Bunun üçün ciddi hazırlaşmışıq. Stadionda 30 min türk azarkeş olacaq. Sabah həm də onlara qarşı oynayacağıq.
Hər komandaya qarşı oynaya bilərik. Rəqibdən çəkinmirik, sadəcə, hörmət edirik. Təcrübəli oyunçularımız var. Bizə balans lazımdır.
Türkiyə yığmasının əvvəlki oyunlarına baxmışam. Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Rəqibin güclü tərəflərini bilirik. Komandamızda türklərə çətinlik yarada biləcək futbolçular var. Əsas hədəfimiz qələbə qazanmaqdır. Əlimizdə özünü göstərmək istəyən 26 futbolçu var. Bu, mənim üçün vacibdir”.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə – Uels matçına saat 20:00-da start veriləcək.
Bizi Facebook-da izləyin