Dopinqdə ilişən qapıçının cəzası azaldıldı

İdman Arbitraj Məhkəməsi (CAS) Niderlandın “Ayaks” klubunun qapıçısı Andre Onana ilə bağlı apelyasiya şikayətini qismən təmin edib.

Komanda.az xəbər verir ki, bu barədə CAS-ın rəsmi saytı məlumat yayıb.

Dopinqə görə 1 illik diskvalifikasiya olunmuş kamerunlu qolkiperin cəza müddəti 9 aya endirilib. Açıqlamada Onananın həyat yoldaşına aid olan dərmanı bilmədən istifadə etdiyi diqqətə çatdırılıb. Beləliklə, yeni qərara əsasən, 25 yaşlı qapıçının cəzası bu ilin 3 noyabrında başa çatacaq.

Xatırladaq ki, fevralın 5-də Andre Onananın qanında qadağan olunmuş furosemid maddəsi aşkarlanmışdı. Bu üzdən də UEFA onu 1 il müddətinə diskvalifikasiya etmişdi.

Cəzaya baxmayaraq, Amsterdam təmsilçisi bir müddət əvvəl 25 yaşlı oyunçunun müqaviləsini 2024-cü ilin iyuluna qədər uzatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button