Amerika kuboku: Argentina da ev sahibliyi hüququndan məhrum edildi!

Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) Amerika kuboku turnirinə ev sahibliyini Kolumbiyadan sonra Argentinadan da alıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Argentinanın ev sahibliyi hüququndan məhrum edilməsinə səbəb ölkədəki koronavirusla bağlı vəziyyətdir.

KONMEBOL bundan əvvəl Kolumbiyanın da ev sahibliyi hüququnu almışdı. Qurum yarışa ev sahibliyi etmək istəyən digər ölkələrin təkliflərini nəzərdən keçirəcəyini bildirib.

Daha əvvəl turnirin ev sahibliyi hüququ Argentina və Kolumbiyaya verilmişdi.

Amerika kuboku iyunun 13-də başlamalıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button