Fransa klubunda iki ayrılıq

Fransanın “Renn” klubunun kapitanı Damyen Da Silva sözügedən komandadan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

2018-ci ildən bu komandanın uğurları üçün çalışan 33 yaşlı müdafiəçinin klubla müqaviləsinin müddəti başa çatıb. Nəticədə o, “Renn”dən ayrılmağa qərar verib. Fransalı futbolçu bu komandanın heyətində meydana çıxdığı 118 oyunda 8 qolla yadda qalıb.

“Renn” yarımmüdafiəçisi Kleman Qrenye ilə də yollarını ayırıb. 30 yaşlı fransız 2019-cu ildən bu komandanın uğurları üçün çalışırdı. Onun da klubla müqaviləsinin müddəti bitdiyi üçün ayrılmağa qərar verib. Qrenye “Renn”in heyətində meydana çıxdığı 93 matçda 9 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Renn” Liqa 1-də geridə qalan mövsümü 58 xalla 6-cı pillədə başa vurub və Avropa Konfrans Liqasına vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button