“Hələ də yaxşı futbol oynaya biləcəyimi hiss edirəm” – Mata

“Mançester Yunayted”in futbolçusu Xuan Mata klubdakı gələcəyi ilə bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, BBC-yə danışan ispan yarımmüdafiəçi, hələ də yaxşı oynaya biləcəyini deyib:

“Qarşıda bizi Avropa Liqasının final matçı gözləyir. Bütün diqqətim bu oyundadır. Hələ də yaxşı futbol oynaya biləcəyimi hiss edirəm. İndi gələcəyimlə bağlı danışmağın vaxtı deyil. Futbol oynamaqdan zövq alıram”.

Mata 2013-cü ildən “Mançester Yunayted”də çıxış edir. 33 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi iyunun sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button