Qurbanlı üçün 67 dəqiqə və 3 xal

Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” ölkə çempionatının 35-ci turu çərçivəsində doğma meydanda “Milsami” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.

“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 35 oyunda 45 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button