“Bu gün əzmkarlıq və istək aşağı səviyyədə idi” – Ramin Quliyev

“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Quliyev, 0:4 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Rəqibi təbrik edirəm. Çox danışmayacam. “Qarabağ” bütün komponentlərdə üstün idi və layiqli qələbə qazandı.
  • Ötən tur “Sumqayıt” üzərində qələbədən sonra bu oyunda fərqli müdafiə xətti qurmuşduz. Bu, nə ilə bağlı idi?
  • Ruslan Abışov dünən məşqdən sonra özünü yaxşı hiss etmirdi. Ona görə onu heyətdən çıxardıq. Əlimizdə olan maksimum heyətdən istifadə etdik.
  • Bu gün komandada istək yox idi. “Neftçi”nin baş məşqçisi Samir Abasov sizinlə oyundan sonra demişdi ki, onlara qarşı komandalar daha çox güc sərf edir. Nə deyə bilərsiz bu haqda?
  • İlk hissədən sonra da uşaqlara dedim ki, döyüşsüz məğlub olduq. Ola bilər ki, hardasa səhvlər etdik, boşluqlar verdik. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Bu gün əzmkarlıq və istək aşağı səviyyədə idi. Məğlub olanda da, məğlubiyyəti həzm etmək lazımdır. Bu gün mən bunu qəbul edirəm.
  • Bu məğlubiyyət sizin komandadakı gələcəyinizə təsir edə bilər?
  • Mən bu haqda heç nə deyə bilmərəm. Mən də istəyərəm qalım. Ancaq bu, rəhbərliyin qərarıdır.
  • Növbəti iki oyuna komandanı hazırlamaq çətin olmayacaq?
  • Bizim maksimum tutacağımız yer 5-ci pillə ola bilər. Bir çox futbolçuların müqavilə müddəti bitir. Bu oyunlar onlar üçün stimul ola bilər. Bu baxımdan oyunlar həm onlar, həm də bizim üçün vacibdir.
  • Təmk Xəlilzadənin “Neftçi” ilə razılaşdığı deyilir. Bu haqda nə deyə bilərsiz?
  • Mən də bunu mətbuatdan oxumuşam. O, hazırda bizim futbolçumuzdur və mövsümün sonuna qədər vaxt var. Danışıb-danışmaması söhbətləri xoşagəlməzdir. Bu haqda dəqiq məlumatım yoxdur. Mətbuatda yazılanların dəqiq olub-olmamasından xəbərsizəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button