“Bu komandaya təşəkkürdən daha artığı düşür”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu gün həqiqətən də maraqlı oyun oldu. Sevindirici hal odur ki, meydanda daha çox hücum edən, daha çox topa sahib olan komanda biz idik. İlk hissədə hər iki komandada gərginlik var idi. İkinci hissədə rəqib azlıqda qaldıqdan sonra daha rahat oynamağa başladıq. Hücumlarımızın sayı çoxaldı.
Bu gün həm oyundan, həm də nəticədən razı qaldıq. Bu komandaya təşəkkürdən daha artığı düşür. Çünki keçirdiyimiz çətin dönəmlərə baxmayaraq, futbolçular bunu oyunlarında əks etdirmirlər. Düşünürəm ki, növbəti üç oyunda da əllərindən gələni edəcəklər. Bu oyunu unudub, növbəti oyunlara hazırlaşacağıq. Çempionatı yaxşı notlarla başa vurmaq istəyirik!”
Bizi Facebook-da izləyin