“Çelsi”nin futbolçusu ÇL-in tarixinə düşdü
Futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində baş tutan Madrid “Real”ı ilə ilk oyun İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Kristian Pulişiç üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçu Avropanın ən nüfuzlu klub turnirinin yarımfinalında qol vurmağı bacaran ilk ABŞ-lı futbolçu olub.
ABŞ yığmasının üzvü həm də bütün turnirlər çərçivəsində “Real”a qol vurmağı bacaran ilk amerikalı oyunçu olub.
Pulişiç, “Çelsi”nin də tarixinə düşüb. O, London klubunun tarixində ÇL-in yarımfinalında qol vuran ən gənc (22 yaş 221 gün) futbolçuya çevrilib.
“Real”la oyun “Çelsi”nin digər yarımmüdafiəçisi Meyson Maunt üçün də əlamətdar olub. 22 yaşlı futbolçu London təmsilçisinin heyətində 100-cü oyununa çıxıb. O, bu oyunlarda 16 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.
Bizi Facebook-da izləyin