Azərbaycan millisi Divizion klubuna darmadağınla qalib gəldi
Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası daha bir yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, yığma komanda hazırlıq çərçivəsindəki son sınaq matçında Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.
Oyun millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. U-18-in qollarını Bahadur Quliyev, Ağadadaş Salyanski və Qurban Səfərov vurub.
Bununla da U-18 yığmamızın Bakı toplanışı başa çatıb. Millimiz əvvəlki sınaq matçında “Sumqayıt”ın əvəzedicilərinə 1:2 hesabıyla uduzmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin