Ozan Can oynadı, “Telstar” yenə uduzdu

Futbol üzrə Niderland 2-ci liqasında 31-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Utrext”in gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Ozan da bu matçın iştirakçısı olub. O, 62-ci dəqiqədə, hesab 2:3 olarkən meydana buraxılıb.

Müqavilə ilə “Sabah”a məxsus olan Ozan, Niderland klubunda icarə əsasında çıxış edir.

“Telstar” 2-ci liqada 31 turdan sonra 37 xalla 12-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button