PSJ rəsmiləri Aqueronun təmsilçiləri ilə görüşdü
Mövsümün sonunda “Mançester Siti”dən ayrılacağı açıqlanan Serxio Aquero karyerasını Fransada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, argentinalı hücumçu ilə PSJ klubu yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Paris klubunun rəsmiləri artıq Aqueronun təmsiçiləri ilə görüş keçirib.
Aquero ilə İspaniyanın “Barselona” klubu da maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin